YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlıda 20 min kvadratmetrə yaxın ərazi tam təmizlənib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1417 ədəd qəlpə aşkar edilib. Bir ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar olunaraq zərərsizləşdirilmək üçün götürülüb.

ANAMA-dan bildiriblər ki, nəticə etibarilə 19 min 461 kvadratmetr ərazi tam təmizlənib, 14 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.