YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir

“Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafın yeni modelini dünya ictimaiyyətinin diqqətinə təqdim etməkdədir. Azərbaycanın siyasi, sosial, iqtisadi, humanitar, beynəlxalq münasibətlər və digər sektorlarda nümayiş etdirdiyi standartlar artıq xarici tədqiqatçıların, beyin mərkəzlərinin də araşdırma predmetinə çevrilməkdədir. Bütün bunlar isə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda reallaşdırılan siyasət rasional və praqmatik xarakter daşıyır, elmi əsaslara söykənir”. Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycanın cəlbediciliyi bir sıra faktorlarla şərtlənir. Onun sözlərinə görə, ilk növbədə, Azərbaycan bəlkə də, yeganə dövlətdir ki, böyük bir coğrafiyada çoxsaylı ölkələrin səmərəli və etibarlı əməkdaşlığını təmin edən transmilli layihələr həyata keçirir.

 «Məsələn, ölkəmiz enerji sahəsində BTC, BTƏ, TANAP, TAP kimi layihələrlə Xəzər hövzəsini, Cənubi Qafqaz regionunu, Kiçik Asiya, Balkan və Appenin yarmadaları ölkələrini əməkdaşlığa cəlb edib. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan BTQ, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə demək olar ki, Avrasiya geostrateji məkanın dövlətləri birgə əməkdaşlıq xəttində birləşdirilib. İkincisi, 2015-ci ildən yeni böhran dalğasının baş qaldırmasından sonra dünya ölkələri sosial-iqtisadi çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycanda reallaşdırılan sistemli və effektiv reformalarla ölkə iqtisadiyyatı az ziyanla bu prosesdən yan keçdi. Artıq hər kəs də görür ki, Azərbaycan dünyada böhranın davam etdiyi bir vaxtda inkişaf göstəriciləri verir, kənd təsərrüfatı, qeyri-neft sektoru canlanır, yeni iş yerləri açılır və insanların rifah halının yüksəkdilməsi üçün yeni sosial mexanizmlər həyata keçirilir. Məhz bütün bu faktorlar dünyada Azərbaycanın inkişaf modelinə olan diqqəti daha da artırır və nəticə etibarilə xarici araşdırmacılar bu modeli tədqiq edərək digər ölkələr üçün nümunə kimi diqqətə çatdırırlar»- deyə, deputat qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv