YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: İnsanların sosial hüquqlarının qorunması onların sosial müdafiəsi qədər böyük dəyər kəsb edir

“Dövlət əmək münasibətləri sahəsində yaranmış vəziyyətə biganə qala bilməz və qalmır. Prezidentin sərəncamı bir daha sübut edir ki, Azərbaycan dövləti ən qısa vaxtda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində mövcud problemləri aradan qaldırmaq, işçilərin sosial hüquqlarının qorunması sahəsində əlavə zəruri addımları atmaq niyyətindədir. İnsanların sosial hüquqlarının qorunması onların sosial müdafiəsi qədər böyük dəyər kəsb edir və dövlətimiz bu işdə seyrçi mövqeyində qalmaq niyyətində deyil.” Bu fikirlər Azərbaycan Respublikası Baş nazirinin müavini,  Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyanın sədri Əli Əhmədovun “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində yer almışdır.

Əli Əhmədov qeyd etmişdir ki, istər qanunvericiliyin təkmilləşdirilməsi, istər inzibatçılığın gücləndirilməsi, istər qanun pozuntularına qarşı qanuni sanksiyaların sərtləşməsi, istərsə də geniş təbliğat aparılması sayəsində əmək münasibətləri sahəsində bütün problemlərin aradan qaldırılmasına nail olunacaqdır: “Əmin ola bilərsiniz ki, cənab Prezidentin 17 mart tarixli sərəncamından sonra qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilmişdir və bu mübarizənin uğurlu olacağına dərindən inanıram.”