YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət mövcuddur

«Ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət mövcuddur». Bu fikri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, inkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasıdır. Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir.

«Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olub. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir. Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir.  Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları: 2005-2009-cu illərdə məktəblərin avadanlıqlarla təmin olunması, 2008-2012-ci illərdə məktəb tikintisi, təhsil sisteminin informasiyalaşdırılması, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir»- deyə, deputat qeyd edib.