YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Tramp Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə əlaqədar bəyanatında “soyqırımı” sözündən istifadə etməyib

ABŞ Prezidenti Donald Tramp Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar aprelin 24-də bəyanat verib. Prezident D.Tramp ABŞ-ın erməni icmasına başsağlığında bu hadisələri soyqırımı adlandırmayıb, halbuki erməni lobbisi bu il buna nail olmaq üçün xeyli səy göstərib. Bəyanatda deyilir: “Bu gün biz XX əsrin ən pis kütləvi qətllərindən biri - metts yeqern zamanı zərər çəkənləri yada salırıq və onların xatirəsini anırıq”. Sonra D.Tramp ölkə həyatına töhfələrinə görə ABŞ ermənilərinə təşəkkür edərək bildirib ki, türklərin və ermənilərin “daha ədalətli və tolerant gələcəyə zəmin yaratmaq yolunda əhəmiyyətli addım olan bu ağrılı hadisəni nəzərə almaq” səylərini alqışlayır.

Erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “metts yeqern” sözlərini ilk dəfə prezident Barak Obama 1915-ci il hadisələri ilə bağlı ənənəvi bəyanatında istifadə edib. Amma bu sözlər son onilliklər ərzində ABŞ administrasiyası üzvlərinin, o cümlədən ABŞ Prezidentinin dilindən “erməni soyqırımı” sözlərini qoparmaq üçün böyük səylər göstərən və vəsait xərcləyən erməni lobbisini bir o qədər də sevindirməyib.

Bununla belə, erməni lobbisi 1915-ci ildə yarım milyondan çox türkün, 1918-1920-ci və 1988-1994-cü illərdə on minlərlə azərbaycanlının erməni quldur dəstələri tərəfindən qətlə yetirilməsi, o cümlədən Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban və Xocalıda dinc sakinlərin kütləvi qırğını ilə bağlı diskussiyalardan uzaq qaçır.

DİGƏR Xəbərlər Arxiv