YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğalçı ölkəyə qarşı təxirəsalınmaz tədbirlər görməlidir

«Ermənistan işğalçı dövlətdir və təcavüzkar iddialarını davam etdirir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, beynəlxalq birlik bu ölkəyə qarşı sanksiyalar tətbiq etməli, təxirəsalınmaz tədbirlər görməlidir. Onun sözlərinə görə, reallıq budur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

«Eyni zamanda, işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Ona görə də, beynəlxalq təşkilatlar və Qərb Ermənistana qarşı sanksiyaların tətbiq olunması istiqamətində müvafiq addımlar atmalıdırlar. Beynəlxalq hüquq normalarını pozan dövlətlərə qarşı sanksiyaların tətbiq olunması təcrübəsi kifayət qədərdir. Amma dünya ictimaiyyətinin Ermənistana loyal yanaşması işğalçı ölkəyə, demək olar ki, stimul verir»- deyə, S.Fətəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv