YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərrəmov: Ötən illər ərzində elm və təhsilin inkişafı üçün mühüm addımlar atılıb

«Prezident İlham Əliyevin siyasəti ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Ötən illər ərzində bu sahələrin inkişafı üçün mühüm addımlar atılıb». Bu fikri BDU-nun rektoru, YAP İdarə Heyətinin üzvü Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, ötən dövrdə elmin inkişafına diqqət artırılıb, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilib. Onun sözlərinə görə, elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əmək haqlarında, tələbə, magistr və doktorantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir.

«Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Ölkənin elm və təhsil adamları, o cümlədən Bakı Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanırlar»- deyə, A.Məhərrəmov vurğulayıb.