YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistanda parlament seçkilərinin qeyri-demokratik şəraitdə keçirilməsi artıq bütün dünyaya məlumdur

«Ermənistanda parlament seçkilərinin qeyri-demokratik şəraitdə keçirilməsi artıq bütün dünyaya məlumdur». Bu fkiri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva  bildirib ki, seçki prosesini izləyən beynəlxalq müşahidəçilər də Ermənistandakı seçkilərdə xeyli qanun pozuntuları qeydə alıblar. Onun sözlərinə görə, bir neçə beynəlxalq təşkilatın müşahidə missiyalarının ilkin rəyində də bu seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiyi vurğulanıb.

«Ümumiyyətlə, işğalçı Ermənistanda seçki sistemi və texnologiyaları müasir standartlara uyğun deyil. Bu hakimiyyətin məqsədli addımıdır ki, seçkiləri istədiyi zaman öz xeyrinə dəyişsin. Prezident Serj Sarkisyanın səsvermə zamanı yayılan görüntüləri isə onu beynəlxalq ictimaiyyətin gözü qarşısında rəzil etdi. Təbii ki, belə bir halda Ermənistan hakimiyyətinin parlament seçkilərinin demokratik keçməsi haqda iddiaları gülüncdür. Artıq əhalinin seçki saxtakarlığına qarşı etirazları artır və bu da işğalçı dövlət üçün yaxşı heç nə vəd etmir. “Seçki oyunu” Ermənistanda daxili qarşıdurmaları daha da gərginləşdirəcək»- deyə, S.Fətəliyeva vurğulayıb.