YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Əmr verilərsə, gənclik torpaqlarımızı işğaldan azad etməyə hazırdır

«Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi fonunda ordumuzun gücünün bir daha şahidi olduq». Bu fikri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, şəhid olan hərbçilərin hər biri xalqımızın iftixarıdır. Onun sözlərinə görə, müharibə şəraitində nə qədər ağır olsa da, hər zaman itki olur.

«Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulmayıb, münaqişə həll edilməyib. Hələ də torpaqlarımızı geri qaytarmamışıq. Müvəqqəti atəşkəs rejimi də pozulmaqdadır. Hərbçilərimiz erməni tərəfinin təxribatlarına qarşı tutarlı cavablar verir. Bu zaman baş verən itkilərimizi  təmkinlə qəbul etməliyik. Dünyanın hər yerində böyük zəfərlərin arxasında itkilər, qələbənin arxasında fədakarlıq dayanır. Azərbaycan gəncliyi bu fədakarlığa hazırdır. Sadəcə, cəmiyyətdə fərqli fikirlər səsləndirənlərə qarşı isbat etməliyik ki, gənclik pessimist deyil, Ali Baş Komandanın ətrafında birləşib, milli maraqlarımızın təmin olunması istiqamətində atılan istənilən addımlara dəstək verəcək. Ordumuz güclüdür və düşmən tərəfə şiddətli cavab verir. Hələ danışıqlar prosesinə üstünlük verilsə də, əmr gələrsə, gənclik torpaqlarımızı işğaldan azad etməyə hazırdır»- deyə, R.Məmmədov vurğulayıb.

.