YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik

«Biz Azərbaycanda pambıqçılığı artıq demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik. Bütün tarlalarda zəhmətkeşlər üçün yaxşı şərait yaradılmalıdır. Əkin sahələri artdıqca, əlbəttə, bütün lazımi infrastruktur, tədbirlər, tarla düşərgələri, hər şey yüksək səviyyədə təşkil edilməlidir ki, zəhmətkeşlər razı qalsınlar». Bu fikirləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, biz itkiləri həm tarlalarda, həm də ki, yollarda minimuma endirməliyik. Dövlət başçısı qeyd edib ki, pambıq sahələrinə gedən yollar əsaslı təmir edilir. Ümumiyyətlə, ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması geniş vüsət alıb. Biz son illər ərzində bir çox layihələr həyata keçirmişik. Təkcə bu il 40-dan çox layihə icra edilir və bu layihələr yüzlərlə kəndi birləşdirən layihələrdir.

«Mən artıq giriş sözümdə qeyd etdim, Saatlı rayonunda bir kənd yolu layihəsi qalıb, o da icra olunandan sonra bir dənə də asfaltsız, təmirsiz kənd yolu qalmayacaq. Bütün rayonlarda da bu proqram icra edilir. Bu il və gələn il buna böyük vəsait ayrılıb və ayrılacaq. Burada biz kəndləri birləşdiririk. Bu, vətəndaşlar üçün böyük rahatlıq deməkdir. Eyni zamanda, biz əsas əkin sahələrinə də yollar çəkirik ki, itkilər az olsun, yanacaq sərfiyyatı aşağı düşsün, fermerlər öz məhsullarını bazarlara, ya da emal müəssisələrinə daha qısa müddət ərzində çatdıra bilsinlər.

Qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir. Eyni zamanda, nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Bu gün Saatlıda açılışında iştirak etdiyim yeni yarımstansiyanın timsalında biz yeniləşən enerji təsərrüfatını görürük. Bütün bölgələrdə yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, dirəklər dəyişdirilir. Bir sözlə, fasiləsiz elektrik enerjisi həm əhaliyə, eyni zamanda, iqtisadiyyata lazımdır. Xüsusilə pambıqçılıq sahəsi üçün fasiləsiz elektrik enerjisi mühüm əhəmiyyət daşıyır. Keçən il bu işlər yaxşı səviyyədə görülüb, bu il də ən yüksək səviyyədə təmin edilməlidir»- deyə, Prezident İlham Əliyev vurğulayıb.