YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Portuqaliya səfiri: Regiondakı mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir

Portuqaliya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.

Bunu Portuqaliyanın Azərbaycandakı səfiri xanım Paula Leal da Silva deyib. /Trend/

Onun sözlərinə görə, hazırda regionda mövcud olan mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir.

Səfir, həmçinin münaqişənin həlli yollarının tapılmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb: “Biz inanırıq ki, gələcək danışıqlar münaqişənin uzunmüddətli əsasda sülh yolu ilə həllinə gətirib çıxaracaq”.