YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqbal Məmmədov: Ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır

«Ümumiyyətlə, hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sənaye və kənd təsərrüfatıdır. Əhalisinin təqribən yarısı bölgələrdə yaşayan ölkəmizdə  ərzaq təhlükəsizliyinin aradan qaldırılması, vətəndaşlarımızın ərzağa olan daxili tələbatını başlıca olaraq öz potensialımız hesabına qarşılaya bilməmiz üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə bu gün mühüm islahatlar həyata keçirilib və bu istiqamətdə işlər davam etməkdədir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır. Onun sözlərinə görə, dövlət tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara xüsusi kreditlər, subsidiyalar verilməkdə, eyni zamanda əkinçilər güzəştli şərtlərlə texnika və gübrə ilə təmin edilməkdədirlər.

«Hətta artıq ölkəmizdə kənd təsərrüfatı avadanlıqlarına olan ehtiyyacın qarşılanması məqsədi ilə bu avadanlıqları istehsal edən yerli müəssisələrimiz də fəaliyyətə başlamışdır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün, 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçməkdədirlər. Kəndçinin, əkinçiliklə məşğul olmaq istəyən vətəndaşlarımızın torpaqla təmin edilməsi və vergilərdən azad edilməsi islahatlarını xüsusi ilə qeyd etməliyəm. Hətta yaxın zamanda Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevriləcəyinə şübhə etmirəm. Gördüyünüz kimi, bu sahədə atılan addımlar və görülmüş islahatları saymaqla qurtarmaq olmaz və bunların hamısını sadəcə alqışlamaq lazımdır»- deyə, İ.Məmmədov vurğulayıb.