YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-praktik konfrans keçirilib

Martın 29-da Ombudsman Aparatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun müəllifi olduğu “İrəvan xanlığı”, həmin institutun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında nəşr edilən “Soyqırımı muzeyi” kitabları təqdim olunub.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Ombudsman Aparatı və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən təşkil olunan elmi-praktik konfrans çərçivəsində “Əsrin faciəsi” adlı qısametrajlı film də nümayiş etdirilib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.