YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi iyunun sonunda baş tutacaq

İyun ayının sonunda Türkiyə Prezidentinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaq.

Bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, bu xəttin açılışı ilə Avropa və Pekin arasında fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Hazırda yüklər 45-60 gün arasında daşınırsa yeni xəttin istifadəyə verilməsi ilə bu müddət 12-15 günə qədər azalacaq.