YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan rəsmi nümayəndə heyəti İstanbulda XX Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 4-də İstanbulda XX Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayacaq. “Bir yol ayrıcında olan insanlıq” şüarı ilə təşkil edilən toplantı üç paneldə aparılacaq.

Zirvə toplantısında Azərbaycan geniş tərkibli rəsmi nümayəndə heyəti ilə təmsil olunacaq.

Zirvə toplantısında 4 dövlət başçısı, 10 sabiq prezident, xarici ölkələrin hökumət nümayəndələri, deputatlar, dini liderlər, fikir və düşüncə adamları, beynəlxalq aləmdə tanınan digər nüfuzlu şəxslər iştirak edəcəklər.

Toplantının bir paneli İslam həmrəyliyi mövzusuna həsr ediləcək.

Təşkilat komitəsinin Zirvə toplantısı barədə yaydığı açıqlamada qeyd olunur ki, dünyadakı qaçqınlar böhranı və ağır terror aktları səbəbindən asayişin qorunması ilə bağlı yaranan problemlərin həllində ciddi çətinliklər mövcuddur. Eyni zamanda, terror aktları və insanlıq əleyhinə olan digər davranışların İslamla eyniləşdirilməsi halları müşahidə edilir. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi yolverilməz olan bu məsələnin ciddiliyini tam aydın şəkildə ortaya qoyub.

Zirvə toplantısı iki gün davam edəcək.