YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın Azərbaycandakı səfiri: Cocuq Mərcanlıda yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq

Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox maraqlı oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik.

Bu sözləri Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova Cocuq Mərcanlıda jurnalistlərə müsahibəsində deyib.

Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzuladığını bildirib.