YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti  Qurbanqulu Berdiməhəmmədova, Türkmənistanın Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Seçkilərdə qazandığınız qələbə xalqınızın Sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir.

İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.