YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Cocuq Mərcanlı kəndinin bərpası barədə Sərəncam böyük qayıdışın başlanğıcıdır

Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam işğal altındakı torpaqlarımızın azad olunması, bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük yolun, böyük qayıdışın başlanğıcıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat deyib: “Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirəcək. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm bir addımdır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi, xalqımızda Ordumuza olan inamı daha da artırdı”.

 

DİGƏR Xəbərlər Arxiv