YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Daily Caller”: Tramp administrasiyası dövründə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərin artırılması zəruridir

Amerikada çıxan “The Daily Caller” nəşrində siyasi icmalçı, bu yaxınlardan çapdan çıxmış “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabın müəllifi Raul Loueri Kontrerasın məqaləsi dərc edilib. Ekspert Cənubi Qafqazdakı geosiyasi reallıqları və Prezident Trampın administrasiyası dövründə ABŞ-ın bu regionda siyasətini müzakirə edir. Müəllif yazır ki, ABŞ dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Cənubi Qafqaza yaxşı bələddir, çünki onun əvvəllər rəhbərlik etdiyi “ExxonMobil” şirkəti bir neçə onillik ərzində bu regionda, o cümlədən Azərbaycanda fəaliyyət göstərir, burada öz layihələrini həyata keçirir.

R.Kontreras hələ də davam edən Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna toxunaraq yazır ki, bir milyondan çox azərbaycanlı özlərinin Ermənistandakı evlərindən və Qərbi Azərbaycanın 1992-1994-cü illərdə Ermənistan tərəfindən işğal edilmiş ərazisindən qovulub. Müəllif yazır ki, postsovet regionu ilə yaxşı tanış olan Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə təyin olunması Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə kömək edə bilər. R.Kontrerasın fikrincə, 2016-cı ilin aprel ayında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda baş vermiş hadisələr status-kvonun davamlı olmamasını nümayiş etdirdi və münaqişə zonasında zorakılıq təzahürləri yenidən tammiqyaslı müharibə başlanmasına gətirib çıxara bilər. Bu isə Qərbin enerji təhlükəsizliyi maraqlarına ziddir, çünki münaqişə zonasının yaxınlığından strateji əhəmiyyətli iki boru kəməri keçir.

 

DİGƏR Xəbərlər Arxiv