YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlqar Rəhimov: Ünvanlı sosial yardım təyinatı mərkəzləşdiriləcək

«Ünvanlı sosial yardım təyinatı mərkəzləşdiriləcək». Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, vətəndaşlar respublika mərkəzinə ya internet vasitəsi ilə elektron qaydada, ya da hər bir rayonda quraşdırılacaq xüsusi köşklər vasitəsi ilə yalnız ərizə ilə müraciət edə biləcək. Onun sözlərinə görə, vətəndaş heç bir orqana gəlməyəcək və heç bir sənəd gətirmir.

«Yeganə tələb odur ki, vətəndaş adi ərizə ilə müraciət etməlidir. Daxil olan müraciətlər barədə vətəndaşlar dərhal sms vasitəsilə məlumatlandırılacaq. Bundan sonra, mövcud informasiya bazaları əsasında bu müraciətlər araşdırılacaq. Araşdırmadan sonra mexanizmin ikinci hissəsi işə düşəcək və müraciət edən vətəndaşların təsərrüfatı, gəlirləri və xərcləri bal sistemi ilə qiymətləndiriləcək. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı qərar barədə vətəndaşa sms-lə məlumat veriləcək. İlk olaraq bu layihənin Azərbaycanın 5 rayonunda tətbiqi nəzərdə tutulub. Artıq bununla bağlı layihə Nazirlər Kabinetinə göndərilib»- deyə. İ.Rəhimov vurğulayıb.