YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Bədəlbəyli: Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır

«Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda bir-birindən maraqlı konsertlər olacaq və müxtəlif janrlarda musiqi əsərləri səsləndiriləcək. Düşünürəm ki, Qəbələ VI Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq». Bu fikirləri Qəbələ VI Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli deyib.

Fərhad Bədəlbəyli konsertlərdə Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, İsrail və Avstriyanın müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların və məşhur kollektivlərin iştirak edəcəyini bildirib. O festivalda simfonik və kamera konsertlərinin, muğam gecəsinin, caz axşamlarının musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini qeyd edib.

Azərbaycanın füsunkar guşələrindən olan Qəbələnin ənənəvi beynəlxalq musiqi festivalına ev sahibliyi etdiyini bildirən F.Bədəlbəyli burada səslənən musiqinin yerli əhaliyə unudulmaz anlar bəxş edəcəyini, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağını əminliklə söyləyib. O, festival çərçivəsində bir çox maraqlı təqdimatların da keçiriləcəyini bildirib.

Fərhad Bədəlbəyli Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu möhtəşəm musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd edib.

DİGƏR Xəbərlər Arxiv