YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Baş naziri: Səfirin qətlə yetirilməsi Rusiya ilə Türkiyə arasındakı əlaqələri pozmaq cəhdidir

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi Rusiya-Türkiyə münasibətlərini pozmağa qarşı yönəlib.

Hadisəni terror, sui-qəsd, silahlı hücum kimi qiymətləndirən Türkiyənin hökumət nümayəndələri, o cümlədən Baş naziri Binəli Yıldırım yazılı açıqlamada bildiriblər ki, bu qətl iki ölkə arasında mövcud və perspektivdə olan əlaqələri pozmaq cəhdidir. Terrorçunun arxasında olan qüvvələrin aşkar olunacağına inandığını deyən hökumət başçısı əminliklə bildirib ki, bu və buna bənzər digər hadisələr Türkiyə ilə Rusiyanın bölgədə sülh və əmin-amanlıq yaratmaq cəhdlərini pozmayacaqdır.