YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Zakir Həsənov Moskvada keçirilən MDB-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Noyabrın 30-da Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının (MNŞ) 71-ci iclası keçirilib.

Tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib. MDB İcraiyyə Komitəsinin, MDB-nin iştirakçısı olan ölkələrin Müdafiə Nazirləri Şurası Katibliyinin, MDB Antiterror Mərkəzinin və MDB Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin nümayəndələri də iclasa qatılıblar.

Müdafiə Nazirləri Şurası MDB silahlı qüvvələrinin 2017-ci il üçün birgə tədbirlər planını təsdiq edib, 2016-cı ildə Beynəlxalq Ordu Oyunlarında MDB silahlı qüvvələrinin komandalarının iştirakı məsələsini nəzərdən keçirib və 2020-ci ilə qədər MDB silahlı qüvvələrində hərbi-tətbiqi idman növlərinin inkişafı yollarını müəyyənləşdirib.

Birlik ölkələrinin müdafiə nazirləri dövlət sirrinin mühafizəsi xidmətlərinin inkişafını, radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi və ona nəzarət sahəsində qarşılıqlı əməkdaşlığı, gizli məlumatları məxfiləşdirən “Parol” avadanlığından təkrar istifadə qaydasını bəyəniblər, habelə 2015-ci il ərzində MDB ölkələri silahlı qüvvələri aviasiyasının uçuşlarının təhlükəsizlik vəziyyətini təhlil ediblər.

MDB-nin hava hücumundan birləşmiş müdafiə sisteminin gələcək inkişafı çərçivəsində bu sistemin fəaliyyətinin, habelə Birlik ölkələrinin hava hücumundan müdafiə hissələrinin və bölmələrinin birgə təlimlərinin təşkilinin maliyyə təminatı məsələləri bəyənilib.

 

DİGƏR Xəbərlər Arxiv