YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sentyabrda Türkiyə Azərbaycandan 519 milyon kubmetr təbii qaz idxal edib

Sentyabrda Türkiyə Azərbaycandan 519 milyon kubmetr təbii qaz idxal edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bu ilin avqustunda isə Azərbaycandan Türkiyəyə 529 milyon kubmetr təbii qaz ixrac olunub.

Bildirilir ki, Türkiyənin təbii qaz idxalı sentyabrda ötən ilin eyni ayına görə 18,4 faiz azalaraq 3 milyard 7 milyon kubmetrə enib. Ümumi idxalın 2 milyard 545 milyon kubmetri boru kəmərləri ilə, 462 milyon kubmetri də LNG qurğuları vasitəsilə həyata keçirilib.

Sentyabrda Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkə 1 milyard 507 milyon kubmetrlə Rusiya olub.