YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ölkədə tamamilə yeni reallıqlara sahib olan biznes mühiti formalaşmaqdadır

«Həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar və qanunlar ölkədə biznes mühitini bir neçə istiqamətdə təkmilləşdirmişdir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, ilk öncə bürokratik əngəlləri tam aradan götürməklə sahibkarlara daha sərbəst fəaliyyət göstərmək imkanı yaradılıb. Onun sözlərinə görə, dövlət rüsumlarına edilən dəyişiklilər sahibkarlıq fəaliyyətinin həm də xərclərini azaltmaqla bu fəaliyyəti daha əlçatan etmişdir.

«Xarici investorların cəlb edilməsi məqsədilə tətbiq edilən güzəştlər Azərbaycanın regional olaraq daha cəlbedici ölkə statusuna sahib olmağa imkan yaratmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan ölkələrarası üçtərəfli əməkdaşlıq formatı, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın həm də dünya miqyasında qlobal iqtisadi mərkəzlər arasında kommunikasiya rolunu artırmışdır. Bütün bunlar ölkədə tamamilə yeni reallıqlara sahib olan bir biznes mühit formalaşdırmaqdadır»- deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv