YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB çərçivəsində XİN-lərarası məsləhətləşmələr olub

Minskdə, MDB İcraiyyə Komitəsində “MDB-nin iştirakçısı olan ölkələrin Avropa təhlükəsizliyi məsələləri üzrə Avropa İttifaqı və NATO ilə qarşılıqlı fəaliyyəti haqqında” mövzusunda XİN-lərarası məsləhətləşmələr keçirilib.

Bu barədə Birliyin Minskdəki qərargahından məlumat veriblər.

Məsləhətləşmələrin iştirakçıları Ukrayna, Gürcüstan və Moldova tərəfindən Avropa İttifaqı ilə assosiasiya, habelə dərin və geniş əhatəli azad ticarət zonası haqqında sazişlərin imzalanmasının MDB çərçivəsindəki azad ticarət zonası üçün ticari-iqtisadi nəticələrini müzakirə ediblər.

Məsləhətləşmələrdə postsovet məkanında Şərq tərəfdaşlığı siyasətinin yürüdülməsinə Avropa İttifaqının yanaşmaları barədə danışılıb, MDB və Aİ ölkələrinin qarşılıqlı fəaliyyətinə ümumi qiymət verilib, Avropa İttifaqının Mərkəzi Asiya siyasəti haqqında fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrin iştirakçıları MDB ölkələrinin NATO ilə əməkdaşlığı haqqında da fikir mübadiləsi aparıblar.