YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir

«Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitlərinin yaxşılaşdırılması və digər problemləri ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, təsdiq etdiyi dövlət proqramları bu sahəyə yüksək diqqət və qayğının parlaq göstəricisidir.

«Ölkəmizin gələcəyinin etibar olunacağı gənc nəslin sağlam ruhda, əsl vətənpərvər kimi yetişməsi, yüksək təhsil alması Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladığı önəmli sahələrdəndir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gənclərimizin ictimai-siyasi fəallıqlarının artırılması, onların dünyanın müxtəlif ölkələrində azərbaycançılıq məfkurəsi ətrafında birləşərək ölkəmizin təbliği sahəsində misilsiz fəaliyyət həyata keçirir. Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir. Bu siyasət sağlam və savadlı nəslin formalaşmasına xidmət edir»- deyə, S.Orucov qeyd edib.