YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanlı nazir: Azərbaycandakı sosial-iqtisadi inkişafı böyük maraqla izləyirik

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal ticarət naziri Xurram Dastgir Xanla görüşüb.

Görüşdə Pakistanın Baş naziri Nəvaz Şərifin ötən ay Azərbaycana uğurlu səfəri xatırlanıb, Azərbaycan ilə Pakistan arasında yaranan yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi vurğulanıb.

Söhbət zamanı iki ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin əlaqələrin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

Səfir qarşılıqlı iqtisadi və ticari əlaqələrin inkişafında hər iki ölkənin müvafiq qurumlarının önəmli rolunun olduğunu bildirib, Azərbaycandakı sosial-iqtisadi inkişaf, iş adamları və xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye və investisiya parkları, istehsal müəssisələri haqqında məlumat verib.

Xurram Dastgir Xan Azərbaycandakı sosial-iqtisadi inkişafı böyük maraqla izlədiklərini, ölkələr arasındakı ticari və iqtisadi potensialın yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanın iqtisadiyyat nazirinin dəvəti ilə Azərbaycanı yaxından tanımaq, ölkələr arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün yaxın zamanda ölkəmizə səfər edəcəyini bildirib.

Görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.