YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumdünya Yəhudi Konqresinin prezidenti: İlham Əliyev əsl praqmatik diplomatdır və öz ölkəsinin böyük lideridir

"Azərbaycan Prezidenti İlham Əliyev əsl praqmatik diplomatdır və öz ölkəsinin böyük lideridir. Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Prezident İlham Əliyevin dünyada baş verənləri yaxşı anlayan dövlət liderlərindən olduğunu qeyd edib".

Trend-in məlumatına görə, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinn rəhbəri Arye Qutun məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan və İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

R.Lauder, həmçinin Azərbaycanda yəhudi icmasına münasibətin yüksək olduğunu vurğulayıb:

“Ümumdünya Yəhudi Konqresinin prezidenti olaraq, mən Azərbaycan xalqını, eləcə də Azərbaycan hökumətinin yəhudi icmasına səmimi münasibətini yüksək dəyərləndirir və Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirirəm”.