YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Dini ekstremizmlə bağlı mübarizənin gücləndirilməsi ilə əlaqədar bir sıra qanunlara edilən dəyişikliklər əhəmiyyətlidir

«Dini ekstremizmlə bağlı mübarizənin gücləndirilməsi ilə əlaqədar bir sıra qanunlara edilən dəyişikliklər əhəmiyyətlidir». Bu fikri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu günkü iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, həmin qanunlara edilən dəyişikliklər Azərbaycanın dünyəvi dövlət quruluşunun, konstitusion əsaslarının dəyişdirilməsinə cəhd edən qüvvələrin əməllərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, belə bir dəyişikliyə böyük zərurət var.

«Çünki Azərbaycandan bəzi adamlar xaricə gedib dini təhsil adı altında müəyyən dini raditkalların, ekstremistlərin təsiri altına düşürlər. Qanunlara edilən dəyişikliklər Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq”. Müstəqillik dövründə ölkəmizdən 3 min nəfər xaricə gedərək dini təhsil alıb. Hazırda .lkəmizdə 2166 məscid var ki, onların 1600-ü daimi fəaliyyət göstərir. Xaricdə dini təhsil alıb ölkəmizə gələnlərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirirlər. Amma bu gün Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və İslam Universiteti fəaliyyət göstərir ki, burada dini mütəxəssislər yetişdirilir. Bu məsələdə ölkəmizdə ali təhsil alan mütəxəssislərə üstünlük verilməlidir. Bu proses davamlı şəkildə aparılacaq”.  “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliyə əsasən isə dini ekstrimizimlə məşğul olan dini qurumların fəaliyəti ləğv ediləcək. Bütün bunlar vacib məsələlərdir»- deyə, S.Novruzov vurğulayıb.