YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tehranda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı xüsusi işçi qrupun iclası başa çatıb

Oktyabrın 24-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası başa çatıb.

İki gün davam edən iclasda Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın nümayəndələri Konvensiyanın bir sıra müddəalarını müzakirə ediblər. Dənizin dibinin və təkinin bölgüsü, gəmiçilik, o cümlədən hərbi gəmilərin dənizdə üzməsi, su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi kimi məsələlər əsas müzakirə mövzusu olub.

Xəzəryanı ölkələrin nümayəndələri danışıqların yekununu müsbət qiymətləndirərək İran hökumətinə bu görüşü yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürlərini bildiriblər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclası Aşqabad şəhərində keçiriləcək.

İclasın keçirilmə vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.