YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: 25 il ərzində müstəqil Azərbaycan böyük inkişaf yolu keçib

«1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi - 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş ölkəmiz bugünlər müasir tarixinin təntənəsini yaşayır». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, ötən  25 il ərzində müstəqil Azərbaycan böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, Azərbaycan tam iqtisadi tənəzzülə məruz qaldığı 1991-1993-cü illərdə vətəndaş müharibəsi ərəfəsində idi. 

«Ciddi iqtisadi və sosial sarsıntılar, Ermənistanın Azərbaycana qarşı təcavüzünü yaşayan ölkə məhz Ulu öndər Heydər Əliyevin  qayıdışı ilə tədricən bərpa olunmağa başladı  və bu qayıdış  müasir Azərbaycanın dirçəlişinin dönüş nöqtəsidir. Azərbaycan Respublikası 25 ildir ki, yeni müasir dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliləyir, bunu uğurla və nəticə etibarilə səmərəli həyata keçirir, öz iqtisadi və sosial-mədəni potensialını ilbəil gücləndirir, ölçülüb-biçilmiş xarici siyasət yürüdür, ölkənin ictimai inkişafı ilə bağlı yüksək göstəricilər nümayiş etdirir. Bu gün güclü, müstəqil, sabit, inkişafda olan dövlətin qurulmasının təməlində böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin dayandığını xatırlamamaq olmaz. Heydər Əliyev siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir»- deyə, Y.Mahmudov deyib.