YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycan hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir

Azərbaycanın Kanadadakı səfirliyi paytaxt Ottava şəhərində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir təşkil edib.

Səfirlikdən bildiriblər ki, tədbirdə Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Ramil Hüseynli Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçdiyini söyləyib. O, tədbir iştirakçılarına müstəqilliyini bərpa etməsi istiqamətində Azərbaycanın keçdiyi məşəqqətli yol barədə məlumat verib və bildirib ki, xalqımız ağır sınaqlardan keçdikdən, yüzlərlə şəhid verdikdən sonra bugünkü müstəqilliyini bərpa etməyə nail olub.

Diplomat 1990-cı il 20 Yanvar hadisələrinə toxunaraq, həmin anların xalqımızın yaddaşında əbədi qalacağını, bu günün ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. O, eyni zamanda, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd edib.

Müvəqqəti işlər vəkili vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.