YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan öz təcrübəsində qlobal tədbirlərə uğurla evsahibliyi etmək bacarığını sübuta yetirib

"Bakıda keçirilən beşinci Beynəlxalq Humanitar Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin, beynəlxalq ictimaiyyəti ciddi təhdid edən islamofobiya, ksenofobiya, ayrıseçkiliyin aradan qaldırılması yollarının müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Bakı Beynəlxalq Humanitar Forumu dünyanın tanınmış elm və siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin məhz bir yerə toplaşıb problemlərin həllini tapmağa şərait yaradır. Bu mənada forum böyük əhəmiyyətə malikdir. Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunur”. Ona görə də, bu Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir". Bu fikirləri yap.org.az saytına  Avropa Şurası Parlament Assambleyasının  Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova bildirib.

S.Qafarova deyib ki, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla evsahibliyi etmək bacarığını sübuta yetirib. Bu mənada beşinci Beynəlxalq Humanitar Forumu da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına verdiyi əhəmiyyəti bi daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin Forumdakı çıxışının çox maraqla qarşılandığını və dünyada böyük əks-səda doğurduğunu deyən Sahibə Qafarovanın sözlərinə görə, Forumda iştirak edən qonaqlar Prezidentin çıxışını, Onun problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndiriblər. Bununla yanaşı, ötən günlər ərzində nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələrinin tədbirlə bağlı xəbər və təhlillərində dövlət başçımızının fikirlərinə və irəli sürdüyü tezislərə geniş yer verilib: "Prezident İlham Əliyev çox açıq şəkildə dedi ki, biz indi sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Dövlət başçısı bəzi Qərb siyasətçilərinin antiislam çağırışlarını, dinimiz haqqında mənfi rəy formalaşdırmalarını çox açıq kəildə tənqid etdi. Hesab edirəm ki, bu cənab Prezidentin Forum vasitəsilə dünya dövlətlərinə verdiyi açıq mesajlar idi ki, dünyada təhlükəsizliyini, sülhün təmin olunmasının yolu mədəniyyətlərarası, dinlərarası dialoqdan, xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsindən keçir. Bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, çağırışları ətrafında birləşməli, bu məsələdə birmənalı mövqe nümayiş etdirilməlidir. Əks təqdirdə, baş verənlərdən bütün hər kəs əziyyət çəkəcək".

Ölkəmizin möhkəm multikulturalizm ənənələrinə malik olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, Azərbaycanda tarixən müxtəlif millətlərin, dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıb, xalqımızın inkişafı naminə birgə səylə çalışıblar. Hazırda da çoxkonfessiyalı, çoxmillətli ölkə kimi Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu baxımdan, ölkəmizin dünyada bir model, nümunə kimi qəbul oldunğunu deyən S.Qafarova Azərbaycanın dünyada multikulturalizm ənənələrinin, sülh və təhlükəsizliyin, dinlər və mədəniyyətlər arasında dialoqun güclənməsinə mühüm töfhələr verdiyini bildirib.

DİGƏR Xəbərlər Arxiv