YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cihan Sultanoğlu: BMT Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 30-da BMT-nin baş katibinin müavini, BMT İnkişaf Proqramı (UNDP) rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla UNDP arasında əməkdaşlığın inkişaf etdiyi vurğulanıb və əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi qeyd edilib. Eyni zamanda, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) humanitar sahədə gördüyü işlər və həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.

Cihan Sultanoğlu təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və ikitərəfli əməkdaşlıq nəticəsində əldə olunan uğurlardan söz açıb. O, həmçinin Azərbaycanın ANAMA və “ASAN xidmət” kimi qurumlarının təcrübələrindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

Görüşdə, həmçinin bildirilib ki, Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi davamlı inkişaf məqsədlərinə töhfə vermək üçün əlavə imkanlar yaradacaq.