YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar” mövzusunda “dəyirmi masa”da aktual məsələlər müzakirə edilir

Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusunda “dəyirmi masa” keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə tədbirin əsas məqsədinin yüzlərlə insanın bir araya gələrək siyasətin, elmin, iqtisadiyyatın müxtəlif problemlərinin müzakirəsi və bu məsələlərin həllinə kömək etmək olduğunu bildirib. Qeyd olunub ki, XXI əsrdə yaşamağımıza baxmayaraq dünyada bir çox insan multikulturalizm modelindən uzaq yaşayır. İnsanların siyasi, elmi, iqtisadi problemlər səbəbindən bir-birindən ayrılmasına şahid oluruq. Dünyada insanların hələ də elektrik enerjisindən, təhsildən təcrid vəziyyətdə, qida yoxsulluğu şəraitində yaşadığını görürük. Biz bu problemlərin həlli istiqamətində görüləcək işlərin müzakirəsi üçün bir araya gəlmişik.

Sonra tədbirdə “Nüvə texnologiyası və istilik-nüvə enerjisi təhlükəsizliyi məsələləri”, “Bərpa olunan enerji sahələri və mənbələrinin genişləndirilməsi məsələləri”, “Radiasiya, nano və bionanotexnologiyaların konvergensiyası” mövzuları ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.