YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Ş.Mövsümov nümayəndə heyətinə ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi, fond tərəfindən həyata keçirilən layihələr, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib. Görüş iştirakçıları tərəfindən ölkəmizdə keçirilən beşinci Bakı Beynəlxalq Humanitar Forumunun və Forumda müzakirə edilən məsələlərin bütün ölkələr üçün əhəmiyyətliliyi qeyd edilib.

Görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlıq, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.