YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Konstitusiya islahatları ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcək

«Ölkə vətəndaşları referendumda böyük ruh yüksəkliyi ilə iştirak etdilər. İnsanlar  inanırlar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyamıza edilən dəyişikliklər  ölkəmizdə ictimai-siyasi sabitliyi möhkəmləndirəcək, təhlükəsizlik mühitini daha da gücləndirəcək və ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcək». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, insanlar bu referendumda iştirak etməklə öz gələcəklərinə səs verdilər. Onun fikrincə, bu referendum ölkəmizin taleyində olduqca böyük rol oynayacaq.

«Biz tam əminik ki, refrendumdan sonra ölkəmizin bundan sonrakı inkişafında, iqtisadi islahatların dərinləşməsində, Azərbaycanda dövlət idarəçiliyinin daha da mükəmməlləşməsi istiqamətində çox ciddi islahatların şahidi olacağıq»- deyə, deputat vurğulayıb.