YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının qərargahında sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı ilk dəfə səs verəcək abşeronlu gənclərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçıların ətraflı məlumat verib.

Bu əlavə və dəyişikliklərin bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərin maraqlarına uyğun olduğunu deyən Bilman Vəliyev ilk dəfə səs verəcək abşeronlu gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanın Ali Qanununa əlavə və dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyasının yüksək mütəşəkkilliklə aparıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənliklə atdığı qətiyyətli addımlar hər bir vətəndaşımız tərəfindən rəğbətlə qarşılanır: "Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklər də xalqımızın gələcək inkişafına təminat verəcək və sözsüz ki, bütün laçınlılar tərəfindən dəstəklənəcək".

"Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir" deyən S.Orucov əlavə edib ki, 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Referenduma çıxarılan məsələlərin hər biri milli maraqlarımıza uyğun olmaqla yanaşı, bilavasitə hüquq və azadlıqların genişlənməsinə xidmət edir.

Sonra Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Biz gənclər bunu çox yaxşı dərk edərək ümumxalq səsverməsində fəal iştirak edəcək, təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəyik".

Görüşdə gənclər çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsində (referendum) yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv