YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Şabran rayonunda qadın seçicilərlə görüş keçirib

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Şabran rayonunda qadın seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsinin (referendum) əhəmiyyəti haqqında məlumat verib.

O bildirib ki, ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir: "Referendum Aktında ölkəmizin təhlükəsizliyi, insan hüquq və azadlıqlarının qorunması və digər məsələlərə dair müddəalar yer alıb. Bütün bunlar dövlətimizin inkişafı üçün mühüm məqamlardır. Təklif olunan əlavə və dəyişikliklərin hər biri ölkəmizin gələcək inkişafına istiqamətlənib. Biz öz gələcəyimiz naminə səs verməliyik. Sentyabrın 26-da bütün qadın seçicilərimizi səsvermədə aktiv iştirak etməyə dəvət edirəm".

Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov konstitusiya islahatlarını dəstəklədiyini və bu islahatların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Çıxış edən qadın seçicilər təklif olunan əlavə və dəyişikliklər haqqında məlumatlı olduqlarını və səsvermə günü seçkidə fəal olub Referendum Aktına "HƏ" deyəcəklərini bildiriblər.