YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilərin seçimi: “Həmrəy olaq – Hə deyək!”

Daşkəsəndə 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində referendum üzrə  “Yeni Azərbaycan” təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində bu gün rayonda minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı və partiyamızın bayraqları ilə bəzədilmiş meydanda seçicilər böyük coşqu və yüksək əhval –ruhiyyə ilə iştirak edirdilər.

Heydər Əliyev Mərkəzinin qarşısından yüzlərlə gənc – “Yaşasın Müstəqil Azərbaycan!” ,  “Həmrəy olaq – Hə deyək!” şüarlarının sədaları altında konsert-mitinq  təşkil olunmuş meydana ürəklərinin hökmü, gənclik eşqi ilə yürüş etdilər.

Konsert-mitinqdə Milli Məclisin deputatı Rövşən Rzayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və  “Yeni Azərbaycan” təşviqat qrupunun  digər üzvləri iştirak etmişlər.

Möhtəşəm konset-mitinqi YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışmış, Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayaraq demişdir ki, biz buraya 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində (Referendumda) Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə öz münasibətimizi bildirmək üçün ürəyimizin hökmü, qəlbimizin istəyi ilə toplaşmışıq. Hamınız canlı şahid olaraq görürsünüz ki, müstəqillik əldə etdiyimiz bu illər ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın güzgüsü olan dövlət büdcəmiz dəfələrlə artmışdır. Azərbaycan dünyanın ən uğurlu dövlətlərindən birinə çevrilmişdir. Ölkə iqtisadiyyatı dəfələrlə artaraq, ölkədə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər endirilmişdir. Bu gün ölkəmizdə inkişafın Azərbaycan modeli yaranmış, yüksək və dinamik sosial-iqtisadi sıçrayışa nail olunmuşdur. Bu isə, öz növbəsində, ölkəmizin beynəlxalq aləmdə imicinin tam formalaşmasına gətirib çıxarmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən enerji layihələri, iqtisadi-sosial layihələr, siyasi təşəbbüslər ölkəmizin uğurlu inkişafına yönəldilmişdir.

Həyata keçirilən infrastruktur layihələrin uğurlu tətbiqi nəticəsində regionların siması dəyişdi. Dövlət başçımızın təşəbbüsü ilə “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” qəbul edilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat kimi inkişafı məhz bu proqramların hesabına mümkün olmuşdur. Hazırda regionlarda gedən canlanma, inkişaf, abadlıq, quruculuq işləri göz oxşayır.

Hər birimiz deyilən inkişafın rayonumuzun timsalında aparılan tikinti, quruculuq, abadlıq və yenidənqurma işlərinin canlı şahidi olaraq görürük ki, son illərdə yetmiş ildə görünməyən böyük, möhtəşəm işlər görülmüşdür.

Bu illər ərzində rayonumuzda 20-yə yaxın yeni məktəb inşa olunmuş, bir o qədər də əsaslı təmir işləri aparılmışdır. Vaxtı ilə fəaliyyəti dayandırılmış bütün körpələr evi və uşaq bağçaları yenidən əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu fikirləri rayonumuzdakı səhiyyə müəssisələri və digər sahələr barədə də söyləmək olar. Rayonumuzun ən ucqar kəndlərinə asfalt yollar, körpülər çəkilməkdədir. Bu inkişaf, tərəqqi, xoş gələcək firavan, problemsiz həyat deməkdir.

Millət vəkili Rövşən Rzayev Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıb, müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğuladı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib.

Rövşən Rzayev Daşkəsən rayon seçicilərinin hər zaman fəal olduğunu və növbəti referendumda da fəallıq göstərəcəklərinə əminliyini ifadə etdi.

Sonra  YAP Daşkəsən rayon təşkilatının sədrinin müavini Müşviq Hüseynov, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam məktəbin direktoru Aybəniz Vəliyeva, İ.Nəsimi adına 1 saylı tam məktəbin direktoru Üfət Abdiyeva və digər çıxış edənlər də ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışmış, Konstitusiyamızda ediləcək əlavə və dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini və ölkəmiz üçün vacib olduğunu vurğulamışlar.

Daşkəsən rayonunda keçirilən konsert-mitinq respublika incəsənət ustalarının, yerli musiqiçilərin ifasında vətənə, torpağa və ulu öndərimizə aid müsiqilərlə davam etdirildi. Tədbir iştirakçıları xos təəssüratla meydanı tərk etdilər. Bütün seçicilər yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələcəklərini, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini bildiriblər!

 

 

DİGƏR Xəbərlər Arxiv