YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Konstitusiya dəyişiklikləri müxtəlif sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək

«Qlobal iqtisadiyyatda və maliyyə bazarında cərəyan edən hadisələrdən sonra Azərbaycan iqtisadiyyatında da yeni keyfiyyət dəyişiklikləri baş verib və bütövlükdə, milli maraqlarımızı müdafiə edəcək yeni iqtisadi əsasların formalaşması üçün müvafiq şərtlər yaranıb». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafına nail olunması və ölkə iqtisadiyyatına yeni dinamizm qazandırılması üçün silsilə tədbirlər həyata keçirildi.

«Prezident İlham Əliyev bəyan etdi ki, 2016-cı il dərin islahatlar ili olacaq. Məhz bu proseslərin məntiqi davamı kimi Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi tarixi zərurətə çevrildi. Bu, sosial-iqtisadi və siyasi-hüquqi gerçəkliyi nəzərə alan ölkə başçısı Konstitusiyaya əlavə və dəyişikliklərin həyata keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü. Bəlli olduğu kimi, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 26 sentyabr referendum (ümumxalq səsverməsi) günü kimi müəyyənləşdirildi. Hazırda Referendum Aktı layihəsi cəmiyyətimizdə geniş müzakirə olunur.  Bu layihədə əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq»- deyə, H.Babaoğlu vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv