YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Pirallahı rayon şöbəsi ilk dəfə səs verən gənclərlə görüş keçirdi

Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində "Yeni Azərbaycan" təşviqat qrupunun Pirallahı rayon şöbəsi rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirdi.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının və "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Pirallahı rayon şöbəsinin sədri Manaf Manafov görüşü açaraq Referendum Aktı layihəsi barədə gənc seçicilərə ümumi məlumat verdi və onları seçki günü aktiv olmağa, Azərbaycanın gələcəyi, inkişafı naminə bu layihəyə "hə" deməyə çağırdı. Konstitusiyaya təkilif olunan əlavə və dəyişikliklərin mahiyyəti, onları doğuran zərurət barədə geniş məlumat verən M.Manafov bildirdi ki, bunun təməlində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlardır: «Konstitusiya ilə bağlı təklif edilən bu dəyişikliklər dövrümüzün tələblərinə uyğundur.  Bu dəyişikliklər konstitusiyamızın və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlət strukturlarının təkmilləşdirilməsinə, onların səlahiyyətlərinin dəqiqləşdirilməsinə, yaxşı idarəetmə mexanizminin qurulmasına xidmət edəcək.»

Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev və başqaları çıxış edərək 26 sentyabr 2016-cı ildə keçiriləcək referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini bəyan etdilər və bütün seçiciləri məntəqələrə gələrək referenduma "hə" deməyə çağırdılar.

 

DİGƏR Xəbərlər Arxiv