YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Paralimpiyaçılarımıza göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq

Biz Bakıya, azərbaycanlı həmkarlarımıza, bu ölkənin vətəndaşlarına Rusiya paralimpiyaçıları ilə bağlı münasibət bildirdiklərinə və yaranmış vəziyyətin ədalətsiz olduğunu anladıqlarına görə minnətdarıq. Bizim üçün bu məqamda dəstək çox vacibdir.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Azərbaycan Gənclər və İdman Nazirliyinin Rio-de-Janeyro Paralimpiya Oyunlarında rusiyalı idmançıların iştirakına qadağa qoyulması nəticəsində alınan kvotalardan rəsmi imtinasını şərh edərkən bildirib.

Mariya Zaxarova deyib: “Bizi dəstəkləyənlərə, xüsusən də azərbaycanlı həmkarlara təşəkkür edirik”.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da üç lisenziyanın verilməsi Milli Paralimpiya Komitəsi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib.