YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunun Köçəsgər kəndində seçicilərlə görüş keçirilib

Sentyabrın 6-da ölkəmizdə keçiriləcək referendumla əlaqədar Ağstafa rayonunun Köçəsgər kəndində seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov konstitusiya islahatlarının əhəmiyyətindən danışıb. O bildirib ki, YAP Ağstafa rayon təşkilatı referendumla əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Onun fikrincə, konstitusiya islahatları dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs  Nizami Cəfərov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib. N.Cəfərov bildirib ki, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birini çoxşaxəli islahatların davamlılığının təmin edilməsi təşkil edir. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir: «Ölkəmizdə konstitusiya islahatları da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində əsas etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, idarəetmənin təkmilləşdirilməsi, təhlükəsizliyin daha da möhkəmləndirilməsi və bir sıra digər məsələlər əks olunub ki, bu da ölkəmizdə islahatlar fəlsəfəsinin məhz milli maraqlara və inkişafa xidmət etdiyini göstərir»- deyən N.Cəfərov seçiciləri referendum aktına səs verməyə çağırıb.

Kənd sakinlərindən Şəmistan Yaqubov, Nizami Əliyev, Maksim Hüseynov, Cəfər Əsgərov və başqaları çıxış edərək qarşıdan gələn referendumda Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan əlavə və dəyişikliklərə yekdilliklə səs verəcəklərini bildiriblər.