YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Referendumla bağlı təbliğatın normal gedişi üçün hər cür şərait var

«Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər haqqında» Referendum Aktının fəlsəfəsində bir birilə dialektik, sıx bağlı olan iki məsələ dayanır. Onlardan birincisi, dünyada baş verən iqtisadi, ictimai-siyasi proseslər və bu proseslər zəminində xalqımızın, dövlətçiliyimizin maraqlarının qorunmasıdır. Yəni bu elə bir məsələdir ki, hər bir dövlət, böyük və kiçik xalq və ya dövlət olmasından asılı olmayaraq özünü müdafiə etməlidir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycan vətəndaşının şəxsiyyətinin qorunması, həyatının təmin olunması faktoruna yüksək səviyyədə əməl edilir. Yəni ölkəmizdə müasir dünyanın insan hüquqları deyilən normal fəlsəfəsinə əməl olunur.

«Bunun üçün də hər iki məsələ, həm özünü qorumaq, həm də insan hüquqlarının qorunması üçün dövlətin, hakimiyyətin möhkəmləndirilməsinə ardıcıl olaraq çox böyük zərurət var. Fikrimcə, bu referendum aktının da əsas vəzifəsi bu iki zəruri tələbi əlaqələndirmək və hakimiyyətin daha dinamik və uğurlu şəkildə bu tələblərin ödənilməsinə istiqamətləndirməkdir.

Təbii ki, referendum aktının qəbul olunması üçün «Yeni Azərbaycan» təşviqat qrupu xüsusi kampaniya həyata keçirir. Bu prosesdə YAP-ı təmsil edən millət vəkilləri, hüquqşünaslar, iqtisadçılar, yəni mütəxəssislər iştirak edirlər. Burada referendum aktının məzmununun cəmiyyətdə çatdırılması əsas məsələdir. Məncə, insanlarla görüşdə  təbliğatçılar üçün heç bir çətinlik yoxdur. Çünki  cəmiyyətimiz kifayət qədər hazırlıqlı cəmiyyətdir. Müstəqillik illəri ərzində ölkədə aparılan siyasət elədir ki, Azərbaycan cəmiyyəti dünyaya açıqdır, dünyada, ölkədə baş verən prosesləri dərindən araşdırmaq, müqayisə aparmaq imkanına malikdir. Ona görə də, bu məsələdə təbliğatın normal gedişi üçün hər cür şərait var. Sadəcə olaraq, bu proses həm də onunla əlamətdardır ki, cəmiyyətimiz dövlətin işində bilavasitə iştirak səviyyəsini daha da artıracaq. Yəni bizim cəmiyyətimiz istənilən məsələni, xalqın, dövlətin, hətta dünyanın taleyi ilə bağlı olan məsələləri  çox obyektiv şəkildə müzakirə etmək və qərar qəbul etmək imkanına malikdir»- deyə, N.Cəfərov vurğulayıb.