YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Bu qalibiyyətlər bizi yeni zirvələrə doğru aparır

«Yığmamız tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 5 idman növündə 18 medal qazandı.  Bu nəticə Londonda keçirilən Olimpiya Oyunlarındakı 10 medal rekordumuzu yeniləmiş oldu».  Bu sözləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, Olimpiya Oyunlarında 56 idmançımızdan 18-nin medal qazanması, təqribən hər 3 idmançıdan birinin Vətənə medalla dönməsi deməkdir.

«Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız bir daha göstərir ki, Azərbaycan idman ölkəsinə çevrilib. Bütün bu uğurlar dövlət başçımız tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürüdür. Bu qalibiyyətlər bizi yeni zirvələrə doğru aparır»- deyə, R.Abbasov qeyd edib.