YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alman deputat: Almaniya üçün dövlətin ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz

Almaniya və onun tərəfdaşları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iştirakçılarının yenidən danışıqlar masasına qayıtması üçün əlindən gələni etməlidirlər.

Trend-in məlumatına görə, Almaniya Bundestaqının deputatı professor. dr. Eqon Yüttner  Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sorğusuna cavabında deyib.

Almaniyalı deputat bildirib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətmanələrinin icrası birmənalıdır və bu sənədlərdə münaqişəyə son qoymaq üçün atılacaq addımları özündə aydın şəkildə ehtiva edir: "Almaniya bu qətnamələri dəstəkləyir. Almaniya üçün dövlətin ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz və mütləq xarakter daşıyır. Xüsusilə, Qafqazda ərazi bütövlüyü məsələsində bir çox hallarda heç bir zəmanət yoxdur. Abxaziya, Cənubi Osetiya, Krım və Dağlıq Qarabağ kimi münaqişələr misal göstərilə bilər. Əfsuslar olsun ki, Sovet İttifaqının süqutundan sonra sərhədlərin demarkasiyası ilə bağlı mübahisəli məsələlərin nizamlanması sülh yolu ilə həllini tapa bilməyib."