YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Ümumi nəticə gözlədiyimdən də artıq oldu

«Rio-da  keçirilən Olimpiya Oyunları Azərbaycan üçün uğurlu oldu». Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq 39 yerdə qərarlaşdı.

«Rio 2016- da, Azərbaycan adına medal qazanan, bütün idmançılarımızı təbrik edirəm. Bir qızıl medal olmasına baxmayaraq, ümumi nəticəmiz gözlədiyimdən də artıq oldu. Başda MOK-nin prezidenti olmaqla, bütün zəhməti keçənlərin hamısını təbrik edirəm, inşallah yaxın günlərdə, start götürən Paraolimpiyaçılarımıza uğurlar arzu edirəm ve onlardan da, gözəl nəticələr gözləyirəm»- deyə, A.Əliyev qeyd edib.