YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Türk dünyası beynəlxalq münasibətlər sistemində təsiredici faktorlardan birinə çevrilməyə başlayıb

«Türkdilli dövlətlərin  əməkdaşlığının gücləndirilməsi vacib məsələdir. Bu əməkdaşlığın uğurlu persprektivləri var». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, ümumiyyətlə, türk dünyası 21-ci əsrdə ciddi faktora çevrilib. Onun sözlərinə görə, Azərbaycan Türk dünyasının güclənməsi istiqamətində böyük işlər görür.

«Türk dünyası beynəlxalq münasibətlər sistemində təsiredici faktorlardan birinə çevrilməyə başlayıb. Çünki türk dövlətlərində güc, sabitlik, təbii resurslar və s. mühüm amillər var. Ən əsası isə birgə ortaq tarix, ortaq dil, ortaq dünyabaxışı, dünyada gedən proseslərə ümumi yanaşma mövcuddur. Bir müddət öncə Turkiyədə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündə mühüm məsələlər müzakirə olundu. Eyni zamanda, enerji faktoru da türk dövlətlərinin beynəlxalq müstəvidə əhəmiyyətini gücləndirir. Avropa Komissiyasının sədri cənab Barrozu Azərbaycana səfəri zamanı belə bir fikir işlətdi ki, Avropanın ən yüksək səviyyəli ekspertləri ilə Xəzər dənizinin delimitasiyası olmadan, Trans-Xəzər neft boru kəmərinin çəkilməsinin mümkünlüyü müzakirə olunub və bunun mümkünlüyü qeyd edilib. Bu fakt müəyyən perspektivlərdən xəbər verir ki, türkdilli dövlətlərin beynəlxalq aləmdə rolunu daha da gücləndirə bilər. Bütövlükdə, türkdilli dövlətlərin əlaqələrinin güclənməsi nəinki regionda, bütün dünyada sülh və sabitliyə xidmət edir»- deyə, komitə sədri vurğulayıb.